18 milyon avroluq transfer
27.07.2023 , 12:48

“Nitsa” növbəti transferini həyata keçirib.
Korner.az xəbər verir ki, klub “Atalanta”dan Jeremi Boqanı heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Liqa 1 təmsilçisi bu keçid üçün qarşı tərəfə 18 milyon avro ödəyib.
