“Qarabağ”ın rəqibində ciddi itki
12.10.2020 , 20:45
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Vilyarreal” itki ilə üzləşib.
Korner.az xəbər verir ki, komandanın hücumçusu Jerar Moreno zədələnib. Futbolçu məşq zamanı sol ayağının bud nahiyyəsindən zədələnib. Onun 2-3 həftə yaaşıl meydanlardan kənar qalacağı bildirilir.
Buna görə də futbolçunun “Qarabağ”la matçı buraxacağı gözlənilir.
“Qarabağ” – “Vilyareal” qarşılaşması oktyabrın 29-da 21:55-də start götürəcək.
