Ən yaxşı qadın futbolçu adına namizədlər
18.08.2022 , 18:13
UEFA keçən mövsümün ən yaxşı qadın futbolçusu adına namizədlərin yekun siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb.
Bunlar “Arsenal”ın (İngiltərə) hücumçusu Bet Mid, “Volfsburq”un (Almaniya) forvardı Lena Oberdorf və “Barselona”nın (İspaniya) yarımmüdafiəçisi Aleksiya Putelyasdır.
Qalibin adı avqustun 25-də İstanbulda, Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq.