big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

Tahir Süleymanov: “Qarabağ” minimumdan artığını edib, bu, Azərbaycan futbolunun indiki bərbad idarəçilik durumunda nonsensdir

18.08.2022 , 17:39

“Neftçi”nin keçmiş vitse-prezidenti, sabiq FİFA referisi Tahir Süleymanov Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində dünən keçirilmiş “Qarabağ” – “Viktoriya” qarşılaşmasını korner.az-ın oxucuları üçün şərh edib.

Çempionlar Liqasının pley-off mərhələsində asan oyun, zəif rəqib olmur, görüşün çətin keçəcəyi öncədən bilinirdi. Digər rəqiblərdən fərqli, “Viktoriya”nın baş məşqçisinin düşünmək, taktiki seçim etmək şansı daha çox idi. Qısa vaxtda “Qarabağ” ardıcıl Polşa, İsveçrə, Macarıstan çempionlarına qarşı 6 oyun keçirib, güclü rəqiblər üzərində qələbələr qazanıb. Çexlər bu qarşılaşmaları təhlil edərək, incələyərək Bakıdakı matça hazırlaşmışdılar. “Qarabağ” çətin oyunlardan keçərək, bacarığını göstərərək rəqibə hər hansı bir sirr qoymayıb. Ağdamlılar qısa müddətdə ikiqat, Konfrans və Avropa Liüası qruplarını təmin edərək, çətin yol keçərək Çempionlar Liqasının son mərhələsinə yüksəlib. Üstəgəl, müdafiədə Medina, Maksim kimi təcrübəli futbolçulardan məhrum olublar, bəzi aparıcı oyunçular da sarı limitinə yaxınlaşdıqları üçün nisbətən ehtiyatlı davranmağa, risk etməməyə məcbur idilər.

Psixoloji, fiziki yorğunluq, hava şəraiti, meydanın durumu, “Qarabağ” üzərində olan missiya təzyiqi… Böyük futbolda bunların hər biri önəmlidir və oyuna öz təsirini göstərir. Çexlər “Qarabağ”ın öncəki rəqiblərinin səhvlərindən də nəticə çıxarmışdılar. Azərbaycan futboluna, ağdamlılara yuxarıdan-aşağı baxılmırdı, əksinə, “Qarabağ”ın gücünü bilərək ikinci rolda çıxış etməyi özlərinə qəbahət saymırdılar. “Viktoriya” güc futboluna, intizamlı oyuna, rəqibə, vəziyyətə uyğun taktiki seçimlərə üstünlük verir. Komandanın gücü futbolçuların fərdi ustalığında yox, komanda oyunundadır. “Qarabağ”ın meydanda düşünən beyni orta xətdir. “Viktoriya” 3-5-2 taktiki quruluşu seçməklə, mərkəzdə, müdafiədə futbolçularımıza qarşı birə-bir oynamaqla boş zonalar vermir, oyunçularımızın ayağına “otururdular”, düşünməyə imkan vermirdilər. Öndə, mərkəzdə istədikləri alınmayanda, komanda olaraq arxaya çəkilir, hücum potensialı olan yaradıcı futbolçularımızı arxaları qapıya tərəf oynamağa məcbur edirdilər. Buna baxmayaraq, matçın startında azarkeşlərin möhtəşəm təzyiqi ilə 1-2 yüzfaizlik qol imkanımız oldu. Təəssüf ki, istifadə edilmədi, bir qol oyunun gedişini tam dəyişə bilərdi. Belədə rəqib nisbətən “açılacaq”, “Qarabağ” üçün boş zonalar yaranacaqdı. Çexlər ilk 15-20 dəqiqədə təzyiqlərə dözərək özlərinə gəldikdən sonra baş məşqçilərinin dağıdıcı planını tam həyata keçirməyə başladılar.

Müdafiə, kompakt futbola üstünlük verən komandalara qarşı “Qarabağ” kimi yaradıcılığı, hücum futbolu ilə seçilən top-klublar da əziyyət çəkirlər. Qələbə qazanılmasa da, nəticə qənaətbəxşdir. “Viktoriya” qol da vura bilərdi, standart, “duran toplar”da, cərimə meydanına asmalarda təhlükəlidirlər. Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Veşoviç müdafiədə çətin tapşırığın öhdəsindən layiqincə gəldilər, komanda yoldaşları iıə minimum vəzifəni, cavab görüşü öncəsi tapşırığı yerinə yetirdilər. Çexiyada qarşıdurma sıfırdan başlanacaq.

Eyforiyaya qapılmamalı, psıxolojı olaraq “Qarabağ”ın üzərinə gedilməməli, təzyiq göstərilməməlidir. Komanda avrokuboklarda minimumdan artığını – Avropa Liqasının qrupunu təmin edib artıq. Bu, Azərbaycan futbolunun indiki bərbad idarəçilik durumunda nonsensdir. Avrokuboklarda çıxış edən digər klublarımızın nəticələri, aqibəti bəllidir.

Təbii, yenidən Çempionlar Liqasının qrupu arzulanır, istək böyükdür. Gözəl şans yaranıb. Bu səviyyəyə gəlib çatan “Qarabağ”, Qurban Qurbanov cavab görüşündə necə oynayacaqlarını yaxşı bilir, böyük təcrübəyə sahibdirlər və ən əsası, buna kifayət qədər obyektiv dəlilləri olsa da, başqaları kimi özlərini sığortalamırlar, mümkün qədər irəliləmək istəyirlər. “Viktoriya” doğma meydanda gözlənildiyi kimi “başsız atlı” kimi önə atılmayacaq, Bakıdakı oyunlarına ən yaxşı halda 30-35% korrektə ediləcək. Bu oyun tərzinin cizgilərini çexlər ikinci hissədəki dəyişikliklərlə Bakıda nisbətən sınaqdan keçirdilər. Bilirlər ki, “Qarabağ”la açıq futbol oynamaq intihara bərabərdir. Üstün keyfiyyətlərindən, künc zərbələri, dayaq bölgəmizdə cərimə qazanmalarına  çalışacaqlar. Müdafiədə, dayaq bölgəsində qayda pozuntuları, topun qapı xəttindən yersiz çıxarıb rəqibə standart epizodlar verilməməli, futbolçular ikiqat əzmlə güc sərf edərək bir-birini sığortalamalıdırlar. İlk oyunda “Qarabağ”ın əks-hücumları üçün əla şansları yaranırdı, səfərdə də olacaq. “Viktoriya” ilk dəqiqələrdən tribunaların dəstəyi ilə təzyiq etməsin deyə, “Qarabağ” start fitindən topa sahib olmalı, nəzarəti ələ götürməlidir. Çexiyada ən təhlükəli dəqiqələr ilk 15-20 və oyunun gedişinə uyğun son dəqiqələr olacaq. Qol(lar) vurulacağı halda sürət daha da arta, emosional həddə çata bilər. Səfərdə çexlər yox, ağdamlılar sürəti artırıb rəqibə açıq futbol təklif edə bilər. Hansı oyun üslubuna üstünlük veriləcəyini “Qarabağ”ın məşqçilər korpusu, futbolçuları düşünəcək.

İstənilən halda, nəticənin necə olacağından asılı olmayaraq, “Qarabağ” klubuna Azərbaycanı Avropada layiqincə təmsil etdiklərinə görə ancaq təşəkkür düşür. Təki pley-oflarda, qruplarda əvvəlki illərdə olduğu kimi, 2-3 klubumuz çıxış etsin. Bunun üçünsə, ilk növbədə Azərbaycan futbolunun özü düzəlməlidir!

Uğurlar olsun!

Son yazılar

To Top