Əfsanəvi oyunçunun doğum günüdür
02.05.2024 , 11:08

Bu gün keçmiş ulduz oyunçu Devid Bekemin doğum günüdür.
Korner.az xəbər verir ki, əfsanəvi futbolçu 49 yaşını qeyd edir.
Xatırladaq ki, Bekem 2013-cu ildə karyerasını başa vuraraq futboldan getmişdi.
O, karyerası ərzində “Mançester Yunayted”, “Preston”, “Real Madrid”, “Los- Ancels Qelaksi”, “Milan” və PSJ kimi klublarda forma geyinmişdir.
Keçmiş futbolçu hazırda “İnter Mayami”nin sədri və ortaq sahibidir.
