Zubir “Qarabağ”dan gedir?
09.05.2019 , 23:59

“Qarabağ”ın futbolçusu Abdulla Zubir komandasından ayrıla bilər. Bu barədə “ağdamlılar”ın digər futbolçusu Donald Gerye öz “Instagram” səhifəsində paylaşıb.
Sosial şəbəkənin hekayə bölümündə Zubirlə fotosunu paylaşan Gerye ingilis dilində “Səndən ötrü darıxacağam” sözlərini yazıb. “Qarabağ”la 1+1 şərtli müqaviləsi olan futbolçunun komandadakı gələcəyi maraq doğurur.
Bu barədə korner.az saytı klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovdan açıqlama alıb. O bildirib ki, Zubir komandada qalacaq.
