Bekhemin sürücülük vəsiqəsi əlindən alındı
09.05.2019 , 23:03

İngiltərənin əfsanəvi futbolçusu Devid Bekhemin sürücülük vəsiqəsi altı aylıq müddətinə əlindən alınıb.
Buna səbəb keçmiş futbolçunun sükan arxasında telefonla danışması olub. Bundan əlavə 750 funt-sterlinq pul cəzası alan Bekhem, məhkəmə xərclərini də ödəməli olacaq.
Qeyd edək ki, hadisə təkrar olunarsa, futbolçunun sürücülük vəsiqəsi dərhal ləğv ediləcək və üç il ərzində bərpa olunmayacaq.
