Ziyeç: “Ronaldoya qarşı oynamaq istəmişəm”
10.04.2019 , 13:01
“Ayaks” klubunun futbolçusu Hakim Ziyeç Çempionlar Liqasında “Yuventus” klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Mərakeşli futbolçu Ronaldoya qarşı oynamağın onun üçün əlavə motivasiya olacağını deyib.
“Mən Ronaldonun meydanda olmağını istəyirəm. Həmişə ən yaxşılara qarşı oynamaq istəmişəm. Bu, məni əlavə motivasiya edir.”
Qeyd edək ki Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək “Ayaks” – “Yuventus” görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.