Sulşer: “Messini saxlamaq mümkündür”
10.04.2019 , 12:35

“Mançester Yunayted” klubunun baş məşqçisi Ole-Qunner Sulşer Çempionlar Liqasında “Barselona”ya qarşı keçiriləcək oyunla bağlı danışıb.
Norveçli mütəxəssis rəqib futbolçuları, xüsusilə, Messini tərifləyib.
“Barselona” böyük klubdur və əla heyətə malikdir. Messi möhtəşəm futbolçudur. O, tarixin ən yaxşıları arasındadır. Lakin onu saxlamaq mümkündür.”
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək “Mançester Yunayted” – “Barselona” görüşü bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
