Pike üçün xüsusi gün
10.04.2019 , 14:14

Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək “Mançester Yunayted” – “Barselona” görüşü katalonların futbolçusu Jerar Pike üçün xüsusi bir oyun olacaq.
“Mançester Yunayted” klubunun sabiq futbolçusu olan ispaniyalı müdafiəçi bununla bağlı fikirlərini bölüşüb.
“Mən futbol oynamağa burada başlamışam. Mən üçün özəl və çox xüsusi bir gün olacaq. Bura mənim ikinci evidir.”
Qeyd edək ki, Çempionlar Liqasında bu gün keçiriləcək “Mançester Yunayted” – “Barselona” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
