“Zirə”nin hazırlıq planı
05.06.2024 , 14:20

“Zirə”nin yay hazırlıq planı bəlli olub.
Korner.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.
14 iyun – 4 iyul tarixlərində Türkiyənin Bolu şəhərində baş tutacaq toplanışda komanda üç yoxlama oyunu keçirəcək. Qarşılaşmaların iyunun 21-i, 25-i və iyulun 3-də keçirilməsi nəzərdə tutulub.
Rəqiblər barədə məlumat veriləcək.
