“Zirə”nin hazırlıq planı
21.06.2023 , 18:27

“Zirə”nin yay hazırlıq planı müəyyənləşib.
Korner.az xəbər verir ki, iyunun 23-də bir araya gələcək paytaxt təmsilçisi iyulun 17-nə qədər məşqlərini Bakıda keçirəcək. “Qartallar” hazırlığın birinci mərhələsində 2 yoxlama oyunu keçirəcək.
Komanda iyulun 18-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. “Zirə” toplanışını Bolu şəhərində keçirəcək. Bakı təmsilçisi bu müddətdə 3 yoxlama oyunu keçirəcək. Matçların detalları ilə bağlı məlumat qarşıdakı günlərdə veriləcək.
