“Zirə”nin futbolçusu millidə növbəti oyununa çıxdı
28.03.2024 , 11:56

“Zirə”nin futbolçusu İssa Cibrilla Niger millisində növbəti matçına çıxıb.
Korner.az-ın məlumatına görə, futbolçu Burkina-Faso ilə yoldaşlıq matçında iştirak edib. Oyun heçə-heçə başa çatıb – 1:1.
İssa bu oyunda əsas heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib.
