“Zirə”nin futbolçusu 100-ə çatdı
04.03.2024 , 12:17

“Zirə”nin futbolçusu Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçinin yubileyi Misli Premyer Liqasının 25-ci turuna təsadüf edib.
Yunanıstanlı futbolçu “Turan Tovuz”la ev görüşündə (1:1) 90 dəqiqə meydanda olub. O, “Zirə”nin heyətində çıxdığı 100 Premyer Liqa qarşılaşmasında 6 qol vurub.
Dmitrios 2020/21 mövsümündən qəsəbə klubunda çıxış edir. O, Azərbaycan çempionatları tarixində 100 oyun keçirən ilk yunanıstanlı legioner olub.
