“Zirə”nin futbolçusu 100-ə çatdı
01.04.2024 , 10:50

“Zirə”nin futbolçusu İsmayıl İbrahimli Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Misli Premyer Liqasının 28-ci turunun “Sabah”la səfər matçına (1:0) start heyətdə çıxıb.
İbrahimli bu görüşlərdə 5 qola imza atıb. 2015/16 mövsümündə “Şüvəlan”ın heyətində debüt edən yarımmüdafiəçi bu müddətdə üç klubda çıxış edib.
O, ilk klubunda 1, “Qarabağ”da 77, “Zirə”də 22 dəfə şans qazanıb. İsmayıl bütün qollarını Ağdam klubunda vurub.
