“Zirə”dən ayrıldı, “Turan Tovuz”a keçdi
11.08.2023 , 15:53

“Zirə”dən ayrılan Slavik Alxasovun yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Turan Tovuz”a keçib. Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alxasovla müqavilənin müddəti bir illikdir.
Müdafiəçi karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Keşlə” və “Sabah” klublarının da formasını geyinib.
