“Zirə” qalib gəldi, “Qəbələ”dən heç-heçə
24.02.2023 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.
Korner.az xəbər verir ki, tur üç fərqli gündə oynanılıb.
Günün ilk görüşü Tovuzda keçirilib. “Turan Tovuz” “Zirə”ni qəbul edib və 0:2 hesabı ilə məğlub olub. Günün digər görüşündə isə “Səbail” “Qəbələ”ni qəbul edib. Oyun 2:2 hesablı heç-heçə ilə bitib.
14:00 “Turan Tovuz” – “Zirə” – 0:2
Baş hakim: Rauf Allahverdiyev
Tovuz şəhər stadion
19:00 “Səbail” – “Qəbələ” – 2:2
Baş hakim: Cavid Cəlilov
“ASCO Arena”
