“Zirə”dən heç-heçə, “Sabah”dan qələbə
02.03.2024 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XXV turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.
Günün ilk matçında “Zirə” “Turan Tovuz”u qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Digər görüşdə “Sabah” azarkeşləri önündə “Araz-Naxçıvan”la üz-üzə gəlib və 2:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXV tur
2 mart
16:00 Zirə – Turan Tovuz – 1:1
Baş hakim: Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu
18:30 Sabah – Araz-Naxçıvan – 2:0
Baş hakim: Kamal Umudlu
“Bank Respublika Arena”
