“Zirə” legionerini göndərdi – Rəsmi
04.06.2024 , 11:00

“Zirə” futbolçusu Vladislav Kulaçla yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ukraynalı hücumçu ilə klub arasında imzalanmış müqavilə başa çatıb. “Zirə” futbolçuya göstərdiyi xidmətə görə təşəkkür edb, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 31 yaşlı futbolçu ötən ilin yayından “Zirə”də çıxış edirdi. O, bu mövsüm komandada 30 oyuna 3 qol vurub.
