big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Zeynal Məmmədov: “Bakı”ya mütləq hücumçu lazımdı” – MÜSAHİBƏ

24.07.2012 , 17:21

"Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovun  müsahibəsi

– Komandanın yeni mövsümdəki planları haqda məlumat verərdiz?

– Yeni mövsüm haqda yalnız onu deyə bilərəm ki, "Bakı" həmişəki kimi yenə də çempionluğa oynayacaq. Baxmayaraq ki, bu il Avroliqada uğursuzluğa düçar olduq, yenə də heyətimizin kifayət qədər güclü futbolçulardan təşkil olunduğunu hesab edirəm.

– Bəs nəyə görə bu heyət Avropa Liqasında gözlənilənləri doğrultmadı?

– Mən bunu futbolçularımızın məsuliyyətsizliyi ilə əlaqələndirirəm. Onlar hər iki oyuna arxayınçılıqla çıxdılar və bu səbəbdən komanda məğlub oldu.

– Futbolçularınızın əksəriyyəti bu məğlubiyyəti bəxt amili ilə əlaqələndirir…

– Mənim fikrimcə bunun bəxt amili ilə heç bir əlaqəsi yoxdu. Oyunda o qədər də təhlükəli vəziyyətlər yaratmadıq ki, deyək bəxtimiz gətirmədi. Düzdü, biz onlardan daha üstün oyun göstərirdik. Lakin bizdə son nöqtəni qoya biləcək futbolçular çatışmırdı. Onlar özləri də "Mura"nın əks hücumda oynadıqlarını bilirdilər. Biz 19 künc zərbəsini yerinə yetirdik və heç bir nəticə vermədi. Rəqib isə 1 künc zərbəsi yerinə yetirdi və o künc zərbəsi də qolla nəticələndi. Demək ki, biz zəif idik.

– Bəs günah kimdə idi?

– Komanda uğursuz çıxış edirsə burada hamı günahkardı. Bu uğursuzluqda içi mən qarışıq hamımızın günahı var. Bəziləri ən böyük günahı Novruz Məmmədovda görür. Amma belə deyil. Bəlkə də futbolçular ondan da çox günahkardılar. Çünki bu oyunda bir çox futbolçuya ümid bəsləyirdik ki, onlar da onlara göstərilən etimadı doğrulda bilmədilər.

– Uinston Parks komandanın hücüm xəttində heçnə ilə yadda qala bilmədi…

– Əslində Parks yaxşı oyunçudu və hər bir komandaya fayda verə bilər. Amma oyunlardan da gördüz ki, o hazırkı zaman üçün hazır deyil. O, ən azı 5-6 kq arıqlamalıdı ki, meydanda qaça bilsin. Yenə də son qərarı Bandoviç özü verəcək.

– Bu uğursuzluğu unutdurmaq mümkün olacaqmı?

– Mən belə fikirləşirəm ki, onlar bu uğursuzluğu çempionluqla yumalıdılar. Ən azından yenə də ölkə kubokunu klubun muzeyində qalmalıdı. Məncə bunun üçün kifayət qədər şərait var və onlar bunun öhdəsindən lazımınca gələ bilər.

– "Bakı"nın heyətində yeni transferlər görəcəyikmi?

– Bəli. "Bakı"ya mütləq hücumçu lazımdı. Bundan əlavə sol cinah yarımmüdaiəçisi də alacağıq. Ola bilsin ki, yaxın günlərdə bu yarımmüdafiçi ilə razılaşıb müqavilə bağlayaq. Hücumçu ilə də danışıqlar gedir. Lazım gələrsə bir neçə futbolçu da transfer edəcəyik. Yenə də, bunların hamısı yeni baş məşqçimiz Bojidar Bandoviçin qərarından asılıdı.

– Sizcə Bandoviç komandaya xeyir verə biləcəkmi?

– Bilirsiz ki, Bandoviçi komandaya idman diretoru kimi gətirmişdik. Onun çox gözəl futbol bilikləri olduğunu bilirdik. Lakin elə alındı ki, onu komandaya baş məşqçi təyin etdik. Mənim onunla söhbətim oldu. Söhbət zamanı onun çox istəyli və iddialı biri olduğunu hiss elədim. İnanıram ki, o ona bəslənən bütün ümdləri doğruldacaq və komandaya xeyir verəcək.

– "Bakı" Premyer Liqadakı ilk oyununu "Neftçi"yə qarşı keçirəcək…

– Bəli ilk oyunumuz "Neftçi"yə qarşı olacaq. Bilirsiniz ki, "Neftçi" Çempionlar Liqasındakı mübarizəsini davam etdirir və mən belə düşünürəm ki, onlar artıq ilk mərhələni keçiblər. Ona görə də düşünürəm ki, bizim "Neftçi" ilə oyunumuz təxirə salına bilər. Çünki, növbəti mərhələnin oyunu ilə bizim oyunumuz arasında 1-2 gün fərq olacaq. Bu da futbolçuların yorğunluğuna səbəb ola bilər. Ona görə də, biz də "Bakı" komandası olaraq bunun tərəfdarıyıq. Çünki "Neftçi" bu turnirdə bütün Azərbaycanı təmsil edir. Biz də bir azərbaycanlı kimi "Neftçi"yə hər zaman dəstək olmağa hazırıq. Əgər Premyer Liqadakı ilk oyunumuz təxirə salınsa yəqin ki, bu fasilədən istifadə edib Ya Boluya ya da Qızılcahamama təlim-məşq toplantısına yollanacağıq.

– Yeni mövsümdə "Bakı"nın heyətində əvəzedici komandada oynayan gənc futbolçularımızı görə biləcəyikmi?

– Bəli. Bizdə elə futbolçular var ki, əsas heyətdə oynamağa haqq qazanıblar. Bəzən deyirlər ki, cavan futbolçulardı, oyun praktikaları yoxdu. Amma futbolçu yalnız oynuyaraq inkişaf edə bilər. Ehtiyatda oturaraq, zədələnərək futbolçu inkişaf eləmir. Mən belə düşünürəm ki. artıq gənclərə şans verməyin vaxtıdı. Çünki futbolumuzun gələcəyini onlardan asılıdı.

Aşağı yaş qruplarındakı vəziyyət necədi?

– Hər şey yaxşıdı. Bütün yaş qrupları üzrə komandalarımız var və onlara böyük diqqət göstərilir. Əsasən də 1999-cu il təvəllüdlü futbolçularımıza. Bildiyiniz kimi 2016-cı il 17 yaşlı futbolçulardan ibarət Avropa çempionatı Azərbaycanda keçiriləcək və bu yarışa Azərbaycan yığması birbaşa vəsiqə əldə edəcək. Ona görə də çalışırıq ki, bu yarışa futbolçu hazırlayaq. Hətta belə bir təklif də irəli sürmüşük ki, bu yaş qrupundakı uşaqları yığaq öz bazamıza və "Bakı" futbol klubu olaraq bu işlə ciddi şəkildə məşğul olaq. Bunun üçün də hər cür şəraitimiz və imkanımız var. Əsas məqsədimiz də odur ki, digər idman növlərində olduğu kimi, futbolda da uğur qazanıb dunya və avropada öz sözümüzü deyək.

sportlife.az

Son yazılar

To Top