Öncə Brazilya millisinin hücumçusu Hulku heyətinə qatan "Zenit" ardınca Portuqaliya çempionatında forma geyinən digər bir "ulduz" futbolçuyla da müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, "Porto"dan transfer etdiyi Hulk üçün "Zenit"ə 50-60 milyon avrosundan keçməli olub..
Günün sonlarında isə "Zenit" daha bir futbolçuyla müqavilə imzalayıb. Bu Belçika milli komandasının və "Benfika"nın yarımmüdafiəçisi Axel Witseldir. Hər iki futbolçuyla beşillik müqavilə imzalanıb.
