Bu gün səhər saatlarında Zaqatalada zəlzələ baş verib.
Korner.az-ın məlumatına görə, səhər saat 09.00-13.30 aralığında 4 dəfə yeraltı təkanlar olub.
Təkanların gücü 4, 4,5, 5,5 ıvə 7 bal olub. Şəhərdə bəzi köhnə tikililər dağılıb, yüngül xəsarət alanlar olub. Xoşbəxtlikdən ciddi insan tələfatı olmayıb.
Zəlzələ Zaqatala şəhər stadionunda da güclü hiss olunub. Lakin kompleksə heç bir ziyan dəyməyib.
