Bu gün Premyer Liqada 31-ci tura yekun vurulub. Korner.az-ın məlumatına görə, son oyun günündə daha 3 qarşılaşma baş tutub.
Günün hər üç matçı ikinci "altılığ"a təsadüf edib. Zaqatalada "Simurq"un qonağı olan "Rəvan" son dəqiqələrdə məğlubiyyətdən xilas olub. Nemanya Vidakoviç paytaxt təmsilçisinə çətin səfərdən bir xal qazanmağa kömək edib – 1:1.
İkinci "altılığ"ın ən maraqlı oyunu isə Gəncədə baş tutub. Burada yerli "Kəpəz" "Turan"ı sınağa çəkib. Azarkeşlərin üç qol izlədiyi matçda meydan sahibləri qalib ayrılan tərəf olub – 2:1.
Turnir cədvəlinin zirzəmisinə olan "Sumqayıt" AZAL-la üz-üzə gəlib. Meydan sahiblərini bu görüşdə yalnız qələbə qane edə bilərdi ki, Bernar Raabın yetirmələri bu vəzifənin öhdəsindən gələ bilib. Orxan Həsənov "Sumqayıt"a lazım olan qolu oyunun son dəqiqələrində vurub -1:0.
6 may (bazar)
Premyer Liqa, 31-ci turun oyunları
17:30. “Simurq” – “Rəvan” 1:1
Qol: Rasim Ramaldanov 9, Nemanya Vidakoviç 87
Zaqatala şəhər stadionu
17:30. “Kəpəz” – “Turan” 2:1
Qollar: Ceyhun Sultanov 44, (p), Nadir Nəbiyev 66, Junivan Suarez 74
Gəncə şəhər stadionu
17:30. “Sumqayıt” – AZAL 1:0
Qol: Orxan Həsənov 83
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu
