Zaniolo üçün yeni təklif
06.06.2024 , 22:17

“Aston Villa”dan “Qalatasaray”a qayıdan Nikolo Zaniolo transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu ilə “Vilyarreal” yaxından maraqlanır.
La Liqa komandası Zaniolonu şərti satınalma opsiyonu ilə icarəyə götürməyi planlaşdırır.
İtalyan ulduz üçün ediləcək təklifdə alış opsiyasının 15 milyon avro olacağı bildirilib.
İtaliyalı ulduzla “Fiorentina” və “Napoli”nin də maraqlandığı məlum olub.
Zaniolo “Aston Villa”nın heyətində 39 oyunda 3 qol vurub.
