İtaliya A Seriyasında 24-cü turun oyunlarına start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçirilib.
A Seriyasının lideri “Yuventus” öz meydanında “Atalanta”nı qəbul edib. Turin təmsilçisi rəqibinə 2:1 hesabı ilə qalib gələrək liderliyini bir qədər də möhkəmləndirib.
Qeyd edək ki, A Seriyasında 24-cü tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
20 fevral
İtaliya A Seriyası, 24-cü tur
“Yuventus” – “Atalanta” – 2:1
Qollar: Miqliakkio, 25 (0:1), Lorente, 39 (1:1), Pirlo, 45 (2:1)
21 fevral
“Sampdoriya” – “Genua”
“Milan” – “Çezena”
“Empoli” – “Kyevo”
“Latsio” – “Palermo”
“Parma” – “Udineze” (Təxirə salınıb)
“Verona” – “Roma”
“Fiorentina” – “Torino”
22 fevral
“Napoli” – “Sassuolo”
“Kalyari” – “İnter”