“Yuventus”un qolkiperi ərəblərin hədəfində
11.06.2024 , 21:35

“Yuventus”un qapıçısı Voyçex Şesnı komandasından ayrıla bilər.
Korner.az xəbər verir ki, qolkiper ərəblərin transfer hədəfinə düşüb.
“Əl-Nəsr” klubu oyunçu üçün illik 20 milyon avro maaş ödəməyə hazırdır.
Yüksək maaş oyunçunu qane edib, bu səbəbdən Şesnı ərəb klubuna keçməyə hazırdır.
Şesnı 2017-ci ildən “Yuventus”da çıxış edir.
