Turin təmsilçisinin adı yenə oyun alqı-satqısında hallanır.
İtaliya futbolu yenə oyun alqı-satqısı ilə gündəmi zəbt etməkdədir. Korner.az-ın məlumatına görə, məhz oyun alqı-satqısına görə ötən il Seriya B-də mübarizə aparan "Yuventus" bu il bütün çətinliklərə baxmayaraq çempion oldu. Lakin maraqlı məqam ondan ibarətdir ki, oyun alqı-satqısında Turin təmsilçisinin adı hallanır.
İtaliya mətbuatının yaydığı xəbərə görə, ortada bir cinayət təşkilatının olduğu və bu qruplaşmanın matç nəticələrinin tam əksinə bəhs oyunlarına pul qoyuluşu etdikləri iddia edildi. İtaliya polisi A seriyasında əsasən çempion komandanın oyunlarının nəticələrinə təsir edən təşkilatla "Yuve"nin baş məşqçisinində bilavasitə əlaqədar olduğu bildirilir.
Bu səbəbdən də "Qoca siniyora"nın baş məşqçisi Antonio Kontenin evinə baxış keçirilib.
Bu əməliyyatın ardınca İtaliya prokurorluğunun və polislərin qısa müddət ərzində açıqlama verəcəyi gözlənilir.
