“Yuventus”dan oyunçusuna 7,5 milyon avroluq təklif
01.05.2024 , 23:25

“Yuventus” futbolçusu Adrian Rabyo ilə bağlı qərarını verib.
Korner.az xəbər verir ki, klub oyunçu ilə yeni müqavilə imzalayacaq.
Turin təmsilçisi 29 yaşlı yarımmüdafiəçiyə 7,5 milyon avro maaşla 1 illik müqavilə təklif edib.
Tərəflər arasında yaxın zamanda rəsmi şəkildə sözləşmə imzalayacağı gözlənilir.
Rabyo cari mövsümdə 31 oyun keçirib, 4 qol vurub və 3 qolun ötürməsini verib.
