“Yuventus”dan ayrılan oyunçu Türkiyə klubuna keçir
27.05.2024 , 23:10

“Yuventus”dan ayrılan Aleks Sandro karyerasını Türkiyə Super Liqasında davam etdirməyə yaxındır.
Korner.az xəbər verir ki, braziliyalı futbolçu ilə “Beşiktaş” və “Fənərbağça” klublarının maraqlandığı iddia olunur.
Yayılan xəbərlərdə, mövsümün sonunda keçidin rəsmiləşəcəyi gözlənildiyi bildirilir.
Braziliya millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 18 rəsmi matçda 1 qol vurub.
