“Yuventus” yarımmüdafiəçi transfer edir
04.06.2024 , 21:50
“Yuventus” yarımmüdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.
Korner.az xəbər verir ki, Turin təmsilçisi “Aston Villa”da çıxış edən Duqlas Luisi transfer etmək istəyir.
Klubun braziliyalı yarımmüdafiəçi ilə razılığa gəldiyi bildirilir. Danışıqlar müsbət nəticələnərsə, keçidin qısa müddətdə baş tutacağı gözlənilir.
Duqlas 2019-cu ildən “Aston Villa”da çıxış edir.