“Yuventus” ulduz oyunçu ilə müqavilə uzadır
31.05.2024 , 11:10

“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabio ilə bağlı qərar verib.
Korner.az xəbər verir ki, Turin klubu futbolçuya yeni müqavilə təklif edəcək.
İtaliya nəhəngi sözləşməsi yayda bitəcək Rabio ilə müqavilə yeniləyəcək.
“Yuventus” Rabioya illik 7,5 milyon avro maaşla üç illik müqavilə təklif edib.
Adrien Rabio 2019-cu ildən Turin klubunda çıxış edir.
