“Yuventus” onu transfer edir
01.11.2023 , 11:44

Lazar Samarciç karyerasını “Yuventus”da davam etdirə bilər.
Korner.az xəbər verir ki, Turin klubu yanvarda yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqların olduğu bildirilir.
