“Yuventus” onu satmaq istəyir
15.02.2024 , 13:37

“Yuventus”un müdafiəçisi Bremer klubdan ayrıla bilər.
Korner.az xəbər verir ki, Turin klubunun rəhbərliyi 26 yaşlı oyunçunu 75 milyon avroya satmaq istəyir.
Braziliyalı futbolçu ilə “Real”, “Arsenal” və “Mançester Yunayted” maraqlanır.
