Turinin “Yuventus” klubu Radamel Falkaonu əldə etmək istəyir.
Korner.az-ın məlumatına görə, italyanlar müqavilə ilə “Monako”ya məxsus olan, ancaq icarə əsasında “Mançester Yunayd”in şərəfini qoruyan kolumbiyalı ilə bağlı son məlumatlardan xəbərdar olduğu üçün hərəkətə keçib.
İngilislərin 20 oyunda cəmi 4 qol vuran Falkaodan narazı olduğunu bilən turinlilər onun “Monako”ya keçmək niyyətində olmamasından da xəbərdardır. Bu səbəbdənyayada özünə yeni klub axtarışına çıxacaq kolumbiyalı ilə danışıqlara artıq başlanıldığı deyilir.
