İtaliya A seriasının son çempionu "Yuventus" gələn mövsüm üçün heyətini gücləndirməyə başlayıb.
Korner.az-ın məlumatına görə, "qoca sinyora" Kvadvo Asamoah və Maurikio İslanın ardından sabiq futbolçusu olan Sebastian Ciovinkonu sıralarına qatıb.
Ən maraqlısı isə odur ki, italiyalı futbolçu "Parma"ya gedərkən 3 milyon avroya transfer olmuşdu. Lakin yenidən "ağ-qaralar"ın sıralarına dönən Ciovinko yeni klubuna 11 milyon avroya başa gəlib.
Qeyd edək ki, futbolçu ötən mövsüm "Parma"nın heyətində çıxdığı 36 oyunda 15 qol vurmağa müvəffəq olmuşdu.