Turinin “Yuventus” klubu “Bavariya”nın futbolçusu Duqlas Kosta ilə yaxından maraqlanır.
Korner.az-ın məlumatına görə, bu barədə “Calciomercato” nəşri yazıb.
Mənbə iddia edir ki, Kostanın klubunu dəyişmək istəyi “qoca senyora” üçün əlverişli fürsət olub. Yaxın zamanda turinliləri münhenlilərə rəsmi təklif göndərəcəyi iddia edilir.