“Yuventus” baş məşqçi postuna onu gətirir
29.04.2024 , 16:53

“Yuventus” yeni baş məşqçi axtarışını davam etdirir.
Korner.az xəbər verir ki, Turin klubu bu vəzifəyə “Bolonya”nın çalışdırıcısı Tiaqo Mottanı gətirməyi fikirləşir.
Klub rəhbərliyi mütəxəssisi bu posta uyğun namizəd bilir.
Tərəflər arasında iki illik müqavilə imzalanacağı gözlənilir.
“Bolonya” 33 matçdan sonra 62 xalla İtaliya A Seriyasında 4-cü pillədə qərarlaşıb.
