“Yuventus” Alleqrini göndərir?
14.02.2024 , 16:54

“Yuventus” rəhbərliyi baş məşqçidən narazıdır.
Korner.az xəbər verir ki, klub onunla yolları ayıracaq.
Mövsümün sonunda tərəflər arasında müqaviləyə xitam veriləcək.
Rəhbərlik Alleqrinin yerinə hazırda “Bolonya”nın baş məşqçisi olan Tyaqo Mottanı gətirməyi planlaşdırır.
