Dekabrın 12-14-də Moskvadakı Futbol evində UEFA-nın Pro kateqoriyalı məşqçi seminarları və imtahan keçirilib.
Korner.az-ın məlumatına görə, sınaqda “Qəbələ”nin baş məşqçisi Yuri Syomin də iştirak edib.
Rusiyalı mütəxəssis lisenziyasının vaxtını artırmaq üçün seminara qatılan Syomin imtahanda iştirak edib. “Qəbələ”nin baş məşqçisi imtahandan uğurlu keçən 22 mütəxəssisdən biri olub. Onunla yanaşı, Valeri Qazzayev, Oleq Veretennikov kimi mütəxəssislər də imtahandan keçib.
