Bu gün Premyer Liqanın 31-ci turunda "Xəzər Lənkəran" "Qəbələ" ilə sülhə razılaşıb – 1:1. Korner.az-ın məlumatına görə, Cənub klubunun çalışdırıcısı Yunis Hüseynov oyunsonrası keçirilən mətbuat konfransında futbolçularının rahatlaşmasından gileylənib:
“Komandada arxayınçılıq var idi. İlk qoldan sonra isə futbolçular müdafiədə oynadı. Bu cür futbolu bəyənmirəm. Komandadan narazı qaldım. “Qəbələ” bu gün yaxşı oyun göstərdi”.