"Böyük oyun"dan sonra "Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov komandasının oyunundan razı qaldığını bildirib.
Korner.az-ın məlumatına görə, Hüseynov qarşıdakı günlərdə heyətə yeni qapıçı alacaqlarını da əlavə edib.
"Komandam pis təsir bağışlamadı. Mənim komandam oynadı, "Neftçi" qalib gəldi. Orxana inanıram. "Neftçi"nin bəxti gətirdi. İmkanlarımızdan istifadə edə blmədik. Buna görə də uduzduq. Komandamıza yeni qapıçı gələcək, bu gün və ya sabah", – deyə Hüseynov bildirib.
