"Biz bura qələbə üçün gəlmişik. İnşallah inanıram ki, 3 xalı sonda qazanan tərəf biz olacağıq".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov deyib. "Neftçi" ilə oyunöncəsi saytımıza açıqlama verən Cənub klubunun çalışdırıcısı iddialı danışıb:
"Komanda tam olaraq bugünkü oyuna hazırdı. Bizi yalnız və yalnız qələbə qane edir. Məqsədimiz Bakıda "Neftçi"ni məğlub etməkdir. “Neftçi” ilə oyuna çıxacaq heyət hələ bəlli deyil. Bilinmir ki, kim oynayacaq, kim oynamayacaq".
