Yunanıstanda çempion məlum oldu
20.05.2024 , 12:10

Yunanıstan Super Liqasında 2023/2024 mövsümünün qalibi məlum olub.
Korner.az xəbər verir ki, 36-cı turda PAOK “Aris”ə 2:1 hesabı ilə qalib gəlib.
Bununla da Saloniki təmsilçisi xallarını 80-ə çatdıraraq çempionluğunu rəsmiləşdirib.
Klub tarixində dördüncü dəfə Yunanıstan çempionu adını qazanıb.
