Qadın həndbolçular arasında Avro-2012-nin seçmə mərhələsində Azərbaycan – Macarıstan oyununu idarə edəcək hakimlər məlum olub.
Korner.az-ın məlumatına görə, mayın 30-da baş tutacaq oyunda baş hakim funksiyasını Saşa Pandziç (Bosniya və Herseqovina) yerinə yetirəcək. Ona köməkliyi isə həmyerlisi Boris Satordzija edəcək.
ABU-Arenada keçiriləcək oyun saat 17:00-da başlayacaq.
