Qazaxıstanın Almatı şəhərində təşkil olunmuş «Prezident kuboku» turnirində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, yığmamız üçüncü yer uğrunda oyunda Qazaxıstan komandası ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.