Bu gün Qəbələ şəhərində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan və Gürcüstan yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyundakı yeganə qolun müəllifi Nicat Süleymanov olub.
Avqustun 30-da, Qəbələdə bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşma saat 11:00-da başlayacaq.
