Futbol

Yığmamız Avropa birinciliyinə Qubada hazırlaşır

02.06.2012 , 08:14

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandamız mayın31-dən iyunun 16-na qədər qarşıdan gələn Avropa birinciliyinə hazırlıq məqsədilə Qubada təlim-məşq toplanışında iştirak edir. Korner.az-ın məlumata görə, toplanışa yığma komandanın böyük məşqçisi Arif Abdullayev və məşqçi Rövşən Hacıyev rəhbərlik edir.

Yığma komandanın 20 üzvünün iştirak etdiyi hazırlıq prosesi Quba Olimpiya İdman Kompleksində keçirilir. Heyətə isə Ruslan Qasımov, Xəqan Xəlilov, İxtiyar Quliyev (hər üçü 50 kq), Qalib Əliyev, Fuad Nəsirli, Pərviz İbrahimov (hər üçü 55 kq), Əhmədnəbi Qvarzatilov, Coşqun Əzimov, Hüseyn Nəsirov (hər üçü 60 kq), Bəxtiyar İsrafilli, Məhəmməd Müslümov (hər ikisi 66 kq), Elcan Usubzadə, Kamran Yunusov, Murtuz Müslümov (hər üçü 74 kq), Məhəmmədhacı Xatiyev, Mircəfər Murtuzlu, Orxan Şərifov (hər üçü 84 kq), Hacı Şərifov (96 kq), Əli Maqomedabirov (120 kq) və Toğrul Cavadlı (hər ikisi 120 kq) cəlb ediliblər.

Xatırladaq ki, güləş üzrə gənclər arasında Avropa birinciliyi iyun 19-24-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək.

Son yazılar

Yuxarı