Yığma Millətlər Liqasında qrup lideri oldu
02.12.2023 , 00:46
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında V turun oyununa çıxıb.
Korner.az xəbər verir ki, milli komanda Kipr yığması ilə qarşılaşıb.
Rəqibini 1:0 hesabı ilə məğlub edən Azərbaycan qrupdakı xallarının sayını 13-ə çatdırıb və liderliyi təmin edib.
Bununla da Siyasət Əsgərovun yetirmələrinin B Liqasına çıxmağı dəqiqləşib.