big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Çempionlar liqası

Yeddi oğul istəmə, bircəciyi bəs edər (YAZI)

25.03.2014 , 15:49

Çempionlar Liqasının 1/4 final mərhələsinin iştirakçıları artıq bəllidi. Qarşıda bizi bir-birindən maraqlı oyunlar gözləyir. Püşkatmanı ədalətli hesab etməyənlər çox oldu, çünki mərasimin başlamasından bir neçə saat əvvəl UEFA-nın rəsmi saytında hansı komandaların qarşılaşacağı artıq dərc olunmuşdu. Lakin qısa bir zamandan sonra həmin xəbər silindi. İndi bu püşkatmanın nə dərəcədə doğru olub-olmadığını heç kim bilmir. Son dövrlərdə futbolda baş verən bir çox ədalətsizlikləri və haqsızlıqları nəzərə alsaq, bunun da normal bir hadisə olduğunu dərk etmək lazımdı. Bütün bunlara baxmayaraq, hər cütdə oyunların çox maraqlı keçəcəyini indidən demək olar və heç kim buna zərrə qədər də olsun şübhə ilə yanaşa bilməz.

Gəlin, cütlüklərin hansı vəziyyətdə olduğuna bir az göz gəzdirək;

“Barselona” – “Atletiko” (Madrid)

Hər iki komandanın La Liqada çempionluq uğrundakı yarışını nəzərə alsaq, şansları da bərabər qiymətləndirmək lazımdı. 

La Liqada çempionluq ancaq “Barselona” və “Real” (Madrid) arasında getdiyi bir dönəmdə “Atletiko”nun bu sindroma son qoymaq üçün üçüncü komanda kimi mübarizəyə qatılması təqdirəlayiqdi. Simeone çox gözəl heyət qurub və hər turnirdə iddialı olduğunu sübut edir. Bunun nəticəsidi ki, komanda Çempionlar Liqasının 1/4 final mərhələsinə vəsiqə qazandı, özü də 1/8-də nəhəg “Milan”ı hər iki oyunun nəticəsinə görə 5:1 məğlub edərək. “Atletiko” bu mərhələdə məğlub olsa belə, bu, onun üçün faciə olmayacaq. Çünki madridlilər artıq neçə ildi ki, nəinki bu turnirin 1/4 final mərhələsinə vəsiqə qazana, heç bu turnirə adını belə yazdıra bilməməşdilər. Simeone isə buna son qoydu və adını “Atletiko”nunn tarixinə qızıl hərflərlə yazdırmağı bacardı. Sonuncu dəfə “Atletiko” 1973-1974-cü illər mövsümündə bu turnirdə iştirak etmiş və finala qədər gəlib çıxmışdı. Finalda isə “Bavariya”ya məğlub olaraq baş tituldan məhrum olmuşdu.

“Barselona”ya Tata Martinonun gəlməsi hələ ki heç nəyi dəyişməyib. Komanda əvvəlki oyununu göstərir. Katalonlar İspaniya kubokunun finalına yüksəliblər, La Liqada çempionluq uğrunda mübarizəni davam etdirirlər və Çempionlar Liqası kimi mötəbər turnirin 1/4 finalına vəsiqəni təmin ediblər. Bu iki komanda bu mövsüm artıq üç dəfə üz-üzə gəliblər və hər üç oyun “sülh”lə yekunlaşıb. İspaniya Kral Kubokunda hər iki oyun bərabər yekunlaşsa da, səfərdə vurulan qola görə “Barselona” titula sahib çıxmışdı. La Liqada “Visente Kalderon”da keçirilən oyun da 0:0 hesabı ilə sona çatmışdı. Bununla belə, hər iki komanda bu mövsüm daha üç dəfə qarşı-qarşıya gələcək. Çempionlar Liqasının 1/4 mərhələsində və La Liqanın sonuncu turunda, “Nou Kamp”da… Nəzəri cəhətdən “Barselona”nın bu cütlükdə şansı nisbətən daha yüksək qiymətləndirilir. Katalonlar bu turnirdə 15 dəfə 1/4 final həyəcanı yaşayıblar və bunların 13-də növbəti mərhələyə keçməyi bacarıblar. Bu da Çempionlar Liqası tarixində ən yaxşı nəticədi (86,6%).

“Real” (Madrid) – “Borussiya” (Dortmund)

Keçən mövsümün yarımfinal oyununu yada salsaq, bu duelin necə gərgin keçəcəyini indidən təsəvvür etmək çox çətindi. Madridlilər qisas hissi ilə alışıb-yanırlar. Karlo Ancelottinin komandası bu il, həqiqətən də, super-performans nümayiş etdirir. Karlo “Real”a təyin olunduğu ilk aylarda tənqid atəşinə tutulsa da, zaman-zaman özünü sübüt etdi. Bu oyunda “Real” aşkar favorit olmasa da, şansları dortmundlularla müqayisədə çox yüksəkdi. Bunu deməyimdə iki səbəb var. Birincisi, keçən mövsümdəki məğlubiyyət. İlk oyunda “Siqnal İduna Park”da madridlilər acı məğlubiyyət yaşasalar da, cavab oyununda gözəl oyun sərgilədilər. İki oyunun nəticəsinə görə məğlub olsalar da, göstərdikləri əzmkarlıq nəyə desən dəyərdi. İkincisi isə almanların ilk oyunda, daha doğrusu, “Santyaqo Bernabeuda”kı oyunda bir çox aparıcı oyunçunun imkanlarından məhrum olacağıdı. Söhbət Levandovski, Blaşikovski, İlkay Gündoğan, Bender, Subotiç və Şmeltserdi. Buna baxmayaraq, “Borussiya”nın qorxaq futbol oynayacağını düşünmək mənasız olar.

Futbol azarkeşlərini hazırda düşündürən bir sual var. “Real” keçən mövsümkü məğlubiyyətin əvəzini çıxa biləcəkmi? Zaman hər şeyi göstərəcək. Bilmək olmaz, bəlkə tam tərsi oldu.

PSJ – “Çelsi”

Ançelottinin gedişindən sonra bir çoxları PSJ-nin daha əvvəlki kimi oynaya bilməyəcəyini düşünürdü, lakin Loran Blan Paris klubunda o gücü saxlaya bildi və hətta deyərdim, gücünə güc qatdı. Hücum xəttində İbrahimoviç – Kavani – Lavezzi cütlüyü hər bir rəqibi qorxutmağa qadirdi. “Çelsi” haqda da bu sözləri deyə bilərik. Mourinyonun qayıdışından sonra komanda yavaş-yavaş əvvəlki əzəmətini geri qaytarmaqdadı. Eden Hazard kimi texnikalı və sürətli bir yarım müdafiəçiyə sahib olmaları çox şeydən xəbər verir və bu oyunun taleyi Hazarddan çox asılıdı. Amma bunu unutmayaq ki, PSJ-də də Yohan Kabay kimi istedadlı futbolçu var. O, PSJ-nin bu mövsüm həyata keçirtdiyi uğurlu transferlərindən biridi. “Nyukasl”da istədiyi performansı sərgiləyə bilməsə də, fransızların heyətindəki çıxışı göz oxşayır.

Bu cütlükdə hansının daha şanslı olduğunu demək çox çətindi. Çünki hər ikisi eyni gücə sahibdi, ortaq cəhətlər çoxdu. PSJ-nin bir üstünlüyü var: İbrahimoviç. Bu oyunçu istənilən oyunda komandasını təkbaşına irəli daşımaq gücünə malikdi. İstənilən halda, hər iki komandanın ifasında gözəl oyunun şahidi olacağımıza şübhə etmirəm.

“Mançester Yunayted” – “Bavariya”

Mankunyanlar növbəti mərhələyə keçməsəydi, nələr olacaqdı, bir Allah bilir. Moyesin rəhbərliyi altında komanda sanki anti-tarix yazır. Premyer Liqadakı bərbad çıxışı, “Old Trafford”da ardıcıl məğlubiyyətlər, Çempionlar Liqasında qeyri-stabil oyunlar bunu deməyə əsas verir. Komandanın yalnız bir dayağı var, o da azarkeşlərdi. Onlar olmasaydı, “qırmızı şeytanlar” növbəti mərhələyə keçməyəcəkdi. Püşkatmada onların bəxti gətirmədi desək, yanılmarıq. Hazırda heç kim “Bavariya”nın rəqibi olmaq istəməz. Bu, özünəqəsd deməkdi. Düzdü, bu cütlükdə “Bavariya” aşkar favorit qismində göstərilir, amma unutmayaq ki, futbolda nələrin olacağını heç kim əvvəlcədən deyə bilməz. 

Bir çoxları düşünürdü ki, Qvardiola “Bavariya”da heç nəyə nail olmayacaq, amma mən bunun tam əksini düşünürdüm və zaman fikrimdə yanılmadığımı sübut etdi. Qvardiola təcrübəli, həm də soyuqqanlı biridi. Nəyi necə etmək lazım olduğunu çox yaxşı biləndi. Şübhəsiz, dünyanın ən güclü baş məşqçilərindəndi. Bu il də “Bavariya” onun baş məşqçiliyi altında bütün titullara iddialı olduğunu göstərir. Bundesliqada rəqibindən 23 xal öndə olması münhenlilərin gücündən xəbər verir. Şübhəsiz, bunda əsas pay sahibi Qvardioladı.

Ramil Qasımov

Son yazılar

To Top