Bu gün Azərbaycan Respublikasının Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Korner.az-ın məlumatına görə, Yaponiya yığması ilə yoldaşlıq oyununda futbolçularımıza uğurlar arzulayan G.İsmayılzadə bildirib ki, səfirliyin əməkdaşları, həmçinin Yaponiyada müxtəlif sahələrdən çalışan və təhsil alan həmvətənlərimiz stadiona gedərək millimizi dəstəkləyəcəklər. Səfir qeyd edib ki, bu il Azərbaycan – Yaponiya diplomatik əməkdaşlığının 20 ili tamam olur və bu ölkələrin milli komandaları arasında yoldaşlıq oyununun məhz bu ərəfəyə təsadüf etməsi sevindirici haldır.
